Mühərrikdə alışdırma bobininin (ignition coil) rolu benzində işləyən mühərrik üçün ən vacib funksiyalardan biridir. Aşağı gərginliyi yüksək gərginliyə çevirir. Akkumulyator cəmi 12 volt verir. Bu gərginlik şamda qığılcım yaratmaq üçün kifayət etmir. Alışdırma bobini 12 voltu 20.000 – 40.000 volta (bəzən daha çox) çevirir. Buda, şamda güclü qığılcım yaranmasına imkan verir. Bu qığılcım silindrdəki benzin-hava qarışığını yandırır. Yanma nəticəsində piston aşağı itələnir və mühərrik işləyir. Alışdırma bobini düzgün işləməsə: mühərrik "troit" edir (çəkinir), güc azalır, yanacaq sərfiyyatı artır, şamlar çirklənir, katalizator sıradan çıxır.